Gəncəni təmsil edən “Kəpəz” futbol klubunun növbəti oyunu 28 sentyabr saat 15:00-da baş tutacaq.
Yaşıl meydanda “Kəpəz”-in qonağı “Qarabağ-2” klubu olacaq. Görüş peşəkar futbol klublarının çıxış etdiyi Azərbaycan Birinci Divizionunun 3-cü tur çərçivəsində keçiriləcək.
Qeyd edək ki, “Kəpəz” çempionatın ikinci turunda “Qaradağ Lökbatan” ilə oynayıb. Oyun 1-1 hesablı heç-heçə ilə başa çatmışdır.