“Kəpəz” klubunun kollektivi Gəncəyə endirilən raket zərbələri zamanı həlak olanların xatirəsini yad ediblər. Bu haqda məlumat futbol klubunun rəsmi İnstagram səhifəsində paylaşılıb.
Klubun kollektivi ilə yanaşı veteran futbolçular, azarkeşlər və Gəncəyə ezam olunan CBC Sport telekanalının əməkdaşlarıda ərazilərə baş çəkiblər. Terror qurbanlarının ruhuna dualar oxunub, hadisə yerinə qərənfillər düzülüb.
Qeyd edək ki, 9 xalla 5-ci yerdə qərarlaşan “Kəpəz” cari mövsümdə məğlub olmayıb.