24.7 C
Gence
24.7 C
Gence

“Kəpəz”in azarkeşi şəhid Əmrah Rəcəbovun xatirəsi yad olunub

Gəncədə “Kəpəz”in rəsmiləri klub azarkeşi olan şəhid Əmrah Rəcəbovun doğum günündə xatirəsini yad ediblər. Bu haqda klubun rəsmi İnstagram səhifəsində məlumat dərc edilib.

Əmrah Rəcəbov “Kəpəz Ultras” fanklubunun üzvü olub. Şəhidlər Xiyabanında onun məzarı üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.

Gencexeber.az şəhidin anadan olmasının 21-ci ildönümü münasibəti ilə onun haqqında məqalə hazırlayıb dərc etmişdir.

Ən Çox Oxunan