26.4 C
Gence
26.4 C
Gence

“Kəpəz”i Bakıda dəstəkləmək istəyənlər üçün şad xəbər

Gəncəli azarkeşlərin Bakıda baş tutacaq oyunda iştiraklarını təmin etmək məqsədi ilə  pulsuz nəqliyyat təşkil olunub. Bu haqda Kapaz Ultras Facebook səhifəsində məlumat dərc edilib.

“Kəpəz” futbol klubu 11 dekabrda “Sabah” FK ilə qarşılaşacaq. Azarkeşləri Bakıya aparacaq avtobus sabah səhər 09:00-da Gəncə otelin qarşısından yola düşəcək.

Qeyd edək ki, səfər oyununa yollanmaq üçün avtobusda son beş yer qalıb. Qeydiyyatdan keçmək üçün (055) 858 16 32 nömrəsi ilə əlaqə saxlamaq olar.

Daha öncə, Azərbaycan kuboku çərçivəsində “Kəpəz”in keçiriləcək oyunu haqda ətraflı məlumat vermişik.

 

Ən Çox Oxunan