“Kəpəz” gənc hücumçunu heyətinə qatmaq istəyir. Bu haqda məlumatı iyunun 14-ü Sportinfo.az-a istinadən veririk.
Qərb təmsilçisinin diqqətinə düşən növbəti futbolçu “Sabah”ın gənc hücumçusu Kamran Quliyevdir. 22 yaşlı oyunçu ötən mövsüm Premyer Liqada 4 görüş keçirib.
Qeyd edək ki, ölkə kubokunda 1 oyuna çıxan Quliyevin aktivində 1 qol var. Gənc futbolçu həmin qolu məhz “Kəpəz”in qapısından keçirmişdir.
Masazır təmsilçisi ilə razılıq əldə olunsa, Kamran qarşıdakı mövsümü Gəncə klubunda icarədə keçirəcək.