Gəncədə ikimərtəbəli sex hərraca çıxarılır. Bu haqda 6 may tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.
Hərrac 6 iyun saat 10:00-da baş tutacaq. Sözügedən istehsal sexi Zərifə Əliyeva küçəsi, 2-ci döngə, bina 10 ünvanında yerləşir. Obyektin ümumi faydalı sahəsi 1160.8 kv.m-dir. Əmlakın hərraca çıxarılan ilkin satış qiyməti 156.250 manatdır.
Auksion Zərifə Əliyeva küçəsi, 3 ünvanında keçiriləcək. Ətraflı məlumat üçün (022) 256 13 76 nömrəsi ilə əlaqə saxlamaq olar.
Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
- Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN);
- Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş;
- Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd (10% məbləğində beh AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).