17.5 C
Gence
17.5 C
Gence

Kəpəz bələdiyyəsi şahmat turniri təşkil edir

Gəncədə şahmat turniri start götürüb. Bu haqda 26 aprel tarixində Kəpəz bələdiyyəsinə istinadən məlumat veririk.

Kəpəz Bələdiyyəsinin və 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Beynəlxalq reytinqli şahmat turnirinin açılış mərasimi keçirilib. Tədbirdə Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev, 2 nömrəli UGİŞM-in direktoru, Əməkdar bədən tərbiyəsi və idman xadimi Asif Həsənov, Paralimpiya çempionu, “Şöhrət” ordeni mükafatçısı Ramil Qasımov, bələdiyyə üzvləri və valideynlər iştirak ediblər.

Turnir 29 aprel tarixində bitəcək. Burada Gəncə şahmatçıları ilə yanaşı, Mingəçevir, Yardımlı, Samux, Qazax və Ağstafa rayonlarından ümumilikdə 90 yeniyetmə şahmatçı mübarizə aparır.

Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Hər bir şahmatçıya FIDE (Beynəlxalq Şahmat Federasiyası) standartı ilə 90 dəqiqə vaxt verilir. Ümumi yarışda və qızlar arasında ilk 3 yeri tutmuş şahmatçılar kubok (turnirin qalibi), medal, diplom və Kəpəz Bələdiyyəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Ən Çox Oxunan