Gəncədə xəstəxanaların birinə təyinat olub. Bu haqda 13 noyabr tarixində Şəhər Birləşmiş Xəstəxanasına istinadən xəbər veririk.
Söhbət Nuridə Xəqani qızı Aslanovadan gedir. O, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Kəpəz Ailə Sağlamlıq Mərkəzində ailə həkim-terapevti olaraq işə başlayıb.
Gənc həkim 5 noyabr 1998-ci ildə Gəncədə anadan olub. O, Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində Müalicə işi ixtisası üzrə ali təhsil alıb. 2023-cü ildə Türkiyənin Ege Universitetində təcrübə kursu keçib.