16.9 C
Gence
12.5 C
Ganja

Kənd Təsərrüfatı İşçiləri Günü ilə əlaqədar aksiya baş tutub

Gəncədə aksiya təşkil olunub. Bu haqda 31 oktyabr tarixində ADAU-ya istinadən məlumat veririk.

Ekoloji təmizlik aksiyası Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən keçirilib. Təşəbbüs 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr edilib.

Aksiya universitetin Tədris-təcrübə təsərrüfatında baş tutub. Burada Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Aqronomluq, Torpaqşünaslıq və Aqrokimya fakültələrinin tələbələrindən ibarət 60 nəfərlik könüllü qrupu təmizlik işləri görüb.

Ən Çox Oxunan