19.7 C
Gence
18.5 C
Ganja

Küləyin vurduğu ziyanın müəyyən edilməsi istiqamətində işlər aparılır

Gəncədə güclü küləyn fəsadları aradan qaldırılır. Bu haqda məlumatı Gəncə Şəhər İcra Hakimiyyəti aprelin 13-ü paylaşıb.

Ötən gün əsən güclü külək Gəncədə bir sıra fəsadlar törədib. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları gücləndirilmiş rejimdə şəhərin müxtəlif ərazilərində çalışırlar. Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyanın müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, küləyin Gəncədə 20-yə yaxın hadisəyə səbəb olması haqda xəbər vermişdik.

Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto