Gəncə Şəhidlər xiyabanında aşan ağacla bağlı redaksiyamız 1 aprel tarixində İcra Hakimiyyətinə müraciət edib.
İzləyicimiz tərəfindən bu gün Şəhidlər xiyabanında qəbirlərin üstünə ağacın aşması haqda məlumat daxil olub. Bu hadisə bir müddət öncə güclü külək nəticəsində baş verib. Məsələ ilə bağlı İcra Hakimiyyətinə müraciət etdik. Oradan faktla bağlı müvafiq tədbirlərin görüləcəyi bildirildi.

