Gəncədə şəhidlərin xatirəsinə plakatlar qoyulur. Bu haqda Gencexeber.az-a 10 sentyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Zülfü Hacıyev küçəsindən gedir. Küçədə yol boyunca I və II Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalan igidlərimizin şəkilləri yerləşdirilir.
Aldığımız məlumata əsasən, təşəbbüs şəhid ailələri tərəfindən həyata keçirilir. İşlərin bu gün başa çatdırılması planlaşdırılır.



