25.8 C
Gence
25.8 C
Gence

Küçələrdə yandırılan tullantılar göz yaşardıcı qoxu yayır

Gəncə küçələrində tullantılar yandırılır. Bu haqda Gencexeber.az-ın müxbiri 29 sentyabr tarixində xəbər verib.

Belə ki, zibillərin arasında yanan plastik qablar ətrafa göz yaşardıcı qoxu yayır. Sakinlərin sözlərinə görə, orada yaşayanların sağlamlığına mənfi təsir göstərən kəskin kimyəvi qoxu zibil yandıranları saxlamır.

Bu cür vəziyyət şəhərin bir çox yerində müşahidə olunsa da, Adil İsgəndərov küçəsindən əldə olunan foto və video materialları oxucularımıza təqdim edirik.

Şəkillərdə də göründüyü kimi, zibil qabların boş olmasına baxmayaraq, onların yanında tullantılar yandırılıb. Küçədə isə bir müddət öncə, təmir-bərpa işləri çərçivəsində yeni asfalt örtüyü çəkilib, işıq dirəkləri quraşdırılmışdır.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan