Gəncədə xalq yazıçısı Çingiz Abdullayevin yeni kitab seriyasının təqdimat və imza mərasimi baş tutacaq. Bu haqda məlumat aprelin 30-u Gencexeber.az-a daxil olub.
Nəşr olunan “Oliqarx” adlı kitab seriyasının təqdimat mərasimi “LIBRAFF” kitab mağazaları şəbəkəsinin Gəncə fillialında keçiriləcək. Tədbir 7 may saat 17:00-da olacaq.
İştirak etmək üçün kitab almaq kifayətdir. Kassalardan sizə təqdim edilən qəbzi itirməyin. Əldə edilən mənfəət müəllif tərəfindən “YAŞAT” Fonduna ianə ediləcək.
Qeyd edək ki, kitabları tədbir günü “LIBRAFF” mağazasından yerində əldə edə biləcəksiniz.