19.1 C
Gence
19.1 C
Gence

İki Gəncəli şəhidin rəsmi inşa edilən ehsan bulağında əks olunur

Gəncədə iki şəhidin rəsmini əks etdirən ehsan bulağı tikilib. Bu haqda Gencexeber.az-ın müxbiri 30 oktyabr tarixində məlumat verib.

Abdulla Paşayev və Sahib Həsənov adına inşa edilən bulaq şəhərin Heydər Əliyev prospektində, 20 nömrəli məktəbin qarşısında yerləşir.

Abdulla Paşayev 1998-ci il iyulun 24-də Gəncə şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Abdulla Paşayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Döyüş əməliyyatlarına şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Abdulla Paşayev ölümündən sonra aşağıda göstərilən medallar ilə təltif olunub:

  • “Vətən uğrunda” medalı;
  • “Füzulinin azad olunmasına görə” medalı.

Daha öncə, Sahib Həsənovun doğum günü münasibəti ilə şəhid haqda məqalə paylaşmışdıq.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan