16.9 C
Gence
16.9 C
Gence

“II Gəncə Kitab Sərgisi”nin açılış mərasimi keçirilib

Gəncədə Kitab Sərgisinin açılışı olub. Bu haqda Gencexeber.az-a 11 noyabr tarixində məlumat daxil olub.

Tədbir İH və Regional Mədəniyyət İdarəsinin dəstəyi, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Açılışda icra başçısı Niyazi Bayramov, Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin sədri Şəmil Sadiq, ziyalılar, ictimaiyyət nümayəndələri, yazıçı və kitabsevərlər iştirak ediblər.

Qonaqlara “Bölgələrə kitabla gedirik!” şüarı ilə həyata keçirilən layihə barədə ətraflı məlumat verilib. Məqsəd dövlətçilik dəyərlərimizin intellektual gənclərə kitab vasitəsilə çatdırılması, yerli kitabçılığın inkişafının təmin edilməsidir.

Xatırladaq ki, sərgi Gəncə Dövlət Filarmoniyasının “Urban” Mərkəzində keçirilir.

Ən Çox Oxunan