23 C
Gence
18.5 C
Ganja

“IELTS” üzrə master-klas təşkil olunacaq

Gəncədə xaricdə təhsillə bağlı seminar keçiriləcək. Bu haqda 27 sentyabr tarixində Gənclərin İnkişaf və Karyera mərkəzinə istinadən məlumat veririk.

Ödənişsiz “IELTS” master-klası və “xaricdə təhsil” seminarı 3 oktyabr tarixində saat 14:00-da baş tutacaq. Tədbir GİKM və “Barattson” kurslarının təşkilatçılığı ilə keçiriləcək. Təlimdə aşağıdakılar olacaq:

  • Bütün bölmələr üzrə “IELTS” balının hesablanma qaydası;
  • “IELTS” – “Listening”, “Reading”, “Writing” və “Speaking” barədə məsləhətlər;
  • Ən çox edilən səhvlərin müzakirəsi;
  • Suallarınızı birbaşa “IELTS” ekspertinə vermək şansı;
  • Kompüter və ya kağız əsaslı “IELTS” imtahan müqayisəsi;
  • Praktiki testlər, müzakirələr və kofe fasiləsi;
  • Xaricdə təhsil infosessiyası.

İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Son müraciət tarixi 1 oktyabr saat 18:00-dır.