25.4 C
Gence
18.5 C
Ganja

“I Gəncə Kitab Sərgisi” başa çatıb: şəhid və qazi ailələrinin uşaqlarına tamaşa təqdim olunub

“I Gəncə Kitab Sərgisi” başa çatıb. Bu haqda Gəncə Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsində məlumat yerləşdirilib.

28 noyabr 2021-ci il tarixində qurumun təşəbbüsü ilə sərgisinin 3-cü son günü “Quyruqsuz ulağın sərgüzəştləri” adlı tamaşa nümayiş olunmuşdur.

Gəncə Dövlət Kukla Teatrının aktyorları Azərbaycan uşaq yazıçısı Tofiq Kərimin yazdığı tamaşasını II Qarabağ Vətən müharibəsinin şəhid və qazi ailələrinin uşaqlarına təqdim ediblər.

Qeyd edək ki, “Nizami Gəncəvi İli”nə həsr edilən sərgidə ölkənin 30-dan çox nəşriyyat və 10-dan çox kitab evi iştirak etmişdir.