16.4 C
Gence
16.4 C
Gence

Əhmədiyyə Cəbrayılovun yubileyi qeyd olunub

Gəncədə Əhmədiyyə Cəbrayılovun yubileyi ilə əlaqədar tədbir təşkil olunub. Bu haqda 29 mart tarixində şəhər 30 nömrəli tam orta məktəbə istinadən məlumat veririk.

Dəyirmi masa Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə təşkil edilib. Məktəbin tarix müəllimi Könül Namazova Milli Qəhrəman haqda məlumat verib. O, partizanın göstərdiyi qəhrəmanlıqlar, “Xarqo, Armed Mişel” ləqəbi ilə məşhurlaşması haqda danışıb.

Qeyd edək ki, siniflərdə şagirdlərə də İkinci dünya müharibəsinin iştirakçısı olan Cəbrayılov haqda məlumat verilib.

Ən Çox Oxunan