Gəncədə şəhid ailəsi ziyarət olunub. Bu haqda 4 fevral tarixində Gənclər Evinə istinadən məlumat veririk.
Gəncə Gənclər Evinin Tikiş və Toxuculuq dərnəyinin rəhbəri Xatirə Məmmədova və fəal tələbələri Şəhid Xuduş Kazımovun ailəsinə baş çəkiblər. Ziyarət şəhidin əmanəti olan qızı Fatimənin 7 yaşı tamam olması münasibətilə təşkil olunub. Qonaqlar balacanı təbrik edib, birgə tort kəsərək çay süfrəsi arxasında toplanıblar.