21 C
Gence
21 C
Gence

Şəhid Zülfiqar Qazıyevin mövlududur

Bu gün şəhid Zülfiqar Qazıyevin doğum günüdür.

Zülfiqar Talış oğlu Qazıyev 17 aprel 1970-ci ildə Gəncədə anadan olub. O, 27 saylı texniki-peşə məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Gəncə şəhər Gil-Torpaq İstehsalat Birliyində qaynaqçı vəzifəsində işləyib.

2 dekabr 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınıb. O, 002 saylı hərbi hissənin tərkibində minamyotçu kimi döyüşüb. Zülfiqar Talış oğlu Qazıyev 10 fevral 1993-cü ildə Ağdarə rayonu ərazisindəki Mehmanə dağında şəhidlik zirvəsinə ucalıb.

Üç gün sonra nəşi Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunub.

Ən Çox Oxunan