Bu gün şəhid Yusif Abdullayevin doğum günüdür.
Yusif Mamed oğlu Abdullayev 1 noyabr 1959-cu ildə Gəncədə anadan olub. 89 saylı texniki-peşə məktəbini bitirib. O, könüllü olaraq cəbhəyə gedib. Sarısu və Qarabulaq kəndləri uğrunda vuruşub. Yusif döyüşlərdən birində ayağından yaralanıb. Sağaldıqdan sonra yenidən cəbhəyə qayıdıb.
Qəhrəman Beyləqan və Harami düzündə gedən döyüşlərdə iştirak edib. O, əl qumbarası ilə düşmənin üç zirehli tankını partladıb. Sonuncu qumbaranı isə sinəsinə sıxaraq özünü düşmən tankının altına atıb.
Yusif Mamed oğlu Abdullayev 11 dekabr 1993-cü ildə şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz 13 dekabr tarixində dəfn olunub.