24.7 C
Gence
24.7 C
Gence

Şəhid Xaliq Bayramovun mövlududur

Bu gün şəhid Xaliq Bayramovun doğum günüdür.

Xaliq Bahadur oğlu Bayramov 3 aprel 1964-cü ildə Gəncədə anadan olub. Burada 24 saylı texniki-peşə məktəbini bitirib. Hərbi xidmətini Leninqrad vilayətində keçirib. Qayıdandan sonra bir müddət Gəncədə “Melxior qablar zavodu”nda işləyib.

1992-ci ildə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə çağırılıb. O, 123 saylı hərbi hissədə xidmət edib. Bayramov Sarısuda, Hacıkənddə və Ağdamda vuruşub.

Xaliq Bayramov 1992-ci ilin iyun ayında Xanabad kəndində həlak olub. Onun Vətənə əmanət iki övladı qalıb.

Ən Çox Oxunan