Bu gün şəhid Vasif Vəliyevin doğum günüdür.
Şəhid Vasif Vaqif oğlu Vəliyev 17 may 1965-ci ildə Gəncədə anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini 9 saylı texniki-peşə məktəbində davam etdirib. Sankt Peterburqda Ali Hərbi Məktəbdə oxuyub. 1991-ci ildə Gəncədə yerləşən 21185 saylı hərbi hissədə xidmət edib.
I Qarabağ müharibəsi zamanı Vasif könüllü surətdə cəbhəyə yollanıb. 130 saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edib.
Vasif Vaqif oğlu Vəliyev 28 aprel 1994-cü ildə Ağdərə bölgəsində şəhidlik zirvəsinə ucalıb.