17.5 C
Gence
17.5 C
Gence

Şəhid Vaqif Paşayevin mövlududur

Bu gün şəhid Vaqif Paşayevin doğum günüdür.

Vaqif Əbülfət oğlu Paşayev 29 aprel 1960-cı ildə Gəncədə anadan olub. Orta təhsilini 39 saylı orta məktəbdə alıb. 1985-1993-cü illərdə «Desant qoşunları»nda xidmət edib. Daha sonra o, Milli Orduda qulluğunu davam etdirib.

Vaqif Əbülfət oğlu Paşayev 15 yanvar 1993-cü ildə Akop Komari kəndi uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. Mərhum döyüşçünün məzarı Gəncə şəhər Şəhidlər xiyabanındadır.

Onun Vətənə əmanət dörd övladı: Vasif, Vüsal, Ramil adlı oğulları və Könül adlı qızı qalıb.

Ən Çox Oxunan