21.4 C
Gence
20.5 C
Ganja

Şəhid Valeh Məmmədovun mövlududur

Bu gün şəhid Valeh Məmmədovun doğum günüdür.

Valeh Yaşar oğlu Məmmədov 16 sentyabr 1961-ci ildə Gəncədə anadan olub. Gənc yaşlarından boksla məşğul olub, dəfələrlə turnirlərdə qələbə qazanıb. C.Naxçıvanski adına 2 saylı internat məktəbini bitirib.

O, Büllur zavodunda işləyib. Hərbi hissədə mənzil istismar xidmətinin rəisi olub. Valeh 1992-ci ildə Azərbaycan Milli Ordusunda xidmət etməyə başlayıb. Burada tağım komandiri olub.

Valeh Yaşar oğlu Məmmədov 16 yanvar 1993-cü ildə Sırxavənd uğrunda gedən döyüşlərdə iştirak edib. 3 saatlıq döyüşlər zamanı Valeh 5 nəfər əsgər yoldaşını xilas edərkən şəhidlik zirvəsinə ucalıb. 

Şəhidimiz Gəncə Şəhidlər xiyabanında dəfn olunub.