13 C
Gence
13 C
Gence

Şəhid Vüsal Məmmədovun xatirəsi anılıb

Şəhid Vüsal Məmmədovun ikinci ildönümü qeyd olunub. Bu haqda Gencexeber.az-a 18 mart tarixində məlumat daxil olub.

Anım mərasiminə şəhidimizin ailə üzvləri, qohum-əqrəbası, dost-tanışları, qazilər və yaxınları iştirak ediblər. Əvvəlcə plakatlarla şəhidin məzarına qədər yürüş təşkil olunub. Daha sonra Vüsalın xatirəsi anılıb, dəfn olunduğu yerə güllər qoyulub.

Həmçinin şəhidin yaşadığı evdə xatirəsinə ehsan süfrəsi açılıb.

Vüsal Elşən oğlu Məmmədov 3 avqust 1998-ci ildə Gəncədə anadan olub. 2004-2015-ci illərdə 22 nömrəli tam orta məktəbdə oxuyub. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb. Əsgərlikdən qayıtdıqdan sonra fotoqraf kimi fəaliyyət göstərib.

Vətən müharibəsi zamanı Vüsal yenidən hərbi xidmətə çağırılıb. O, Xüsusi Təyinatlı qrupun tərkibində vuruşaraq Füzuli və Xocavənd rayonları, həmçinin İlandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak edib.

Vüsal Elşən oğlu Məmmədov 9 noyabr 2020-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 18 mart 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Ən Çox Oxunan