20.8 C
Gence
20.8 C
Gence

Şəhid İsmayıl Mustafayevin mövlududur

Bu gün şəhid İsmayıl Mustafayevin doğum günüdür.

İsmayıl Kamal oğlu Mustafayev 18 aprel 1973-cü ildə anadan olub. Orta təhsilini 43 saylı orta məktəbdə aldıqdan sonra 77 saylı texniki-peşə məktəbində təhsilini davam etdirib. Məktəbi bitirdikdən sonra ixtisası üzrə Çini Qablar zavodunda əmək fəaliyyətinə başlayıb. Tələbə ikən Çaykənd döyüşlərində iştirak edib.

İsmayıl Mustafayev 7 iyul 1991-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1 saylı Gəncə Özünümüdafiə batalyonunda vuruşduqdan sonra, 1992-ci ildə könüllü olaraq Şuşada gedən döyüşlərə qoşulub. Bir müddət orada vuruşduqdan sonra Tərtərdəki Gəncə batalyonuna qayıdıb.

O, 11 may 1992-ci ildə Marquşevan yaxınlığında mühasirəyə düşüb. Qanlı vuruşma nəticəsində ayağından yaralanıb. Ermənilər onu əsir götürüblər. Xilas olmağın mümkün olmadığını görəndə özünü güllə ilə vuraraq öldürüb.

28 may 1992-ci ildə nəşi ailəsinə çatdırılıb. Ölüm xəbərini eşidən atası Kamalın ürəyi bir anda dayanıb.

Ən Çox Oxunan