17.5 C
Gence
17.5 C
Gence

Şəhid Saleh Məsimovun mövlududur

Bu gün şəhid Saleh Məsimovun doğum günüdür.

Saleh Əliyar oğlu Məsimov 19 aprel 1977-ci ildə Qərbi Azərbaycanın Güllübulaq kəndində anadan olub. 1988-ci ildə o, valideynləri ilə birlikdə Gəncə şəhərinə köçüb. Burada 9 saylı orta məktəbdə təhsil alıb və məktəbin 9-cu sinfini bitirdikdən sonra 20 nömrəli texniki-peşə məktəbində dülgərlik peşəsinə yiyələnib.

Saleh Məsimov 1995-ci ilin mayında həqiqi hərbi xidmətə çağırılıb. O, 181 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlayıb. Ağdam-Füzuli bölgəsində vuruşub.

30 oktyabr 1996-cı ildə ağır yaralanaraq Bakı şəhər hospitalına aparılıb, 7 gün xəstəxanada qalıb əməliyyat olunsa da, həkimlər həmyerlimizi həyata qaytara bilməyiblər. Saleh Əliyar oğlu Məsimov aldığı güllə yarasından xəstəxanada vəfat edib. O, Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Ən Çox Oxunan