21.4 C
Gence
21.4 C
Gence

Şəhid Səxavət Həsənovun adına tikilmiş bulağın açılışı olacaq

Şəhid Səxavət Həsənovun anım günü münasibəti ilə tədbir və onun adına tikilən ehsan bulağının açılışı baş tutucaq.

Mərasim 4 noyabr saat 10:30-da keçiriləcək. Bulaq Fikrət Əmirov küçəsi, bina 30-un qarşısında (30 nömrəli məktəbin arxasındakı binanın yanında) inşa edilib.

Səxavət Alim oğlu Həsənov 13 noyabr 1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə almışdır.

Səxəvət Həsənov 2020-ci ilin sentyabr ayında Gəncə şəhər Kəpəz rayon şöbəsinə könüllü olaraq müraciət etmişdir. O, Vətən müharibəsinin ilk günlərindən işğal altında olan ərazilərin azad olunması uğrunda savaşıb.

3 noyabr 2020-ci il tarixində Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. O, Gəncə şəhər Şəhidlər xiyabanında böyük izdihamla dəfn edilmişdir.

15 dekabr 2020-ci il tarixində Səxavət Həsənov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

Ən Çox Oxunan