17.5 C
Gence
17.5 C
Gence

Şəhid Sədi Nəcəfov və Elşən Dünyamalıyevin mövlud günüdür

Bu gün igidlərimiz Sədi Nəcəfov və Elşən Dünyamalıyevin anadan olduqları gündür.

Sədi Nəcəfov 6 aprel 1975-ci ildə Gəncə şəhərində anadan olub. O, 15 iyul 1993-cü idə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 131 saylı hərbi hissədə sıravi atıcı vəzifəsində xidmət edib. Bir neçə kəndin müdafiəsində böyük fədakarlıq göstərib. Sədi Abbas oğlu Nəcəfov 24 aprel 1994-cü ildə Beyləqan rayonunda Xaçın kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Məzarı Gəncə Şəhidlər xiyabanındadır.

Elşən Mübariz oğlu Dünyamalıyev 6 aprel 1997-ci il tarixində Gəncədə anadan olub. O, 2012-ci ildə orta məktəbin 9-cu sinfini, 2015-ci ildə isə 3 nömrəli Peşə liseyini bitirib.

2015-ci ildə Dünyamalıyev hərbi xidmətə çağırılıb. Şəhid Aprel döyüşlərində iştirak edib. 15 sentyabr 2019-cu ildən o, MAHHXHQ kimi xidmət edib. 30 sentyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə Elşən şəhidlik zirvəsinə ucalıb və 1 oktyabr tarixində Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Elşən Dünyamalıyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ən Çox Oxunan