21 C
Gence
21 C
Gence

Şəhid Ruslan Hümbətov və Ərəstun Şahbazovun mövlududur

Bu gün şəhid Ruslan Hümbətov və Ərəstun Şahbazovun doğum günüdür.

Ərəstun Rəfail oğlu Şahbazov 20 may 1974-cü ildə Gəncədə anadan olub. 1991-ci ildə texniki peşə məktəbini bitirib. Bir müddət Büllur zavodunda mühəndis vəzifəsində işləyib.

20 mart 1993-cü ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Füzuli rayonunda vəziyyət həddindən artıq gərgin olduğu üçün Ərəstunu və döyüş yoldaşlarını 1993-cü ilin noyabr ayında Füzuli rayonunun Böyük Bəhmənli kəndinə göndəriblər. Ağdam ətrafında göstərdiyi igidliyə görə 5 dekabr 1993-cü ildə hərbi hissə komandiri tərəfindən Fəxri Fərman və beş günlük məzuniyyət vərəqəsi ilə təltif olunub.

Ərəstun Rəfail oğlu Şahbazov 8 yanvar 1994-cü ildə Füzuli bölgəsində şəhidlik zirvəsinə ucalıb.

Ruslan Səlim oğlu Hümbətov 20 may 1987-ci ildə Gəncədə anadan olub. 2006-cı ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirib. Həmin ildə həqiqi hərbi xidmətə çağırılıb.

2010-cu ildə Müdafiə Nazirliyinin SQ Təlim-Tədris Mərkəzi və Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Vətən müharibəsi zamanı Ruslan Hümbətov xidmət etdiyi hərbi hissənin giziri kimi ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

Ruslan Səlim oğlu Hümbətov 5 oktyabr 2020-ci ildə Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Ən Çox Oxunan