14.1 C
Gence
11.5 C
Ganja

Şəhid Rauf Əsgərovun mövlududur

Bu gün şəhid Rauf Əsgərovun doğum günüdür.

Rauf Vaqif oğlu Əsgərov 2 noyabr 1978-ci ildə Gəncədə anadan olub. 44 nömrəli tam orta məktəb-liseyi bitirib. 1995-1999-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki ADAU) “Kənd təsərrüfatının elektrikləşdirilməsi və avtomatlaşdırılması” ixtisası üzrə təhsil alıb. ADAU-nun Hərbi kafedrasında ona leytenant rütbəsi verilib.

O, 2006-cı ildə Naxçıvan Muxtar Respublikasında zabit kimi xidməti borcunu yerinə yetirib. Qayıtdıqdan sonra bir müddət “AzərGold” QSC-də işləyib.

27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsinin başlaması ilə əlaqədar yenidən hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun baş leytenantı kimi Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Rauf Vaqif oğlu Əsgərov 26 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz iki gün sonra Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Rauf Əsgərov ölümündən sonra Prezident tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ən Çox Oxunan