17.5 C
Gence
17.5 C
Gence

Şəhid Rafiq Həsənəliyevin mövlududur

Bu gün şəhid Rafiq Həsənəliyevin doğum günüdür.

Rafiq Rza oğlu Həsənəliyev 9 may 1978-ci ildə Gəncədə anadan olub. Orta təhsilini 24 saylı orta məktəbdə alıb. O, bir neçə dəfə cəbhəyə getməyə cəhd edib. Lakin yaşı çatmadığına görə onu orduya götürməyiblər.

3 iyul 1996-cı ildə könüllü olaraq ordu sıralarına qoşulub. 190 saylı hərbi hissədə xidmət edib. Atəşkəs elan olunmasına baxmayaraq, 9 fevral 1998-ci ildə Rafiq Rza oğlu Həsənəliyev Ağdam rayonunun Hacıməmmədli kəndində qəfil düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Ən Çox Oxunan