9.7 C
Gence
2.5 C
Ganja

Şəhid Rövşən Məmişovun mövlududur

Bu gün şəhid Rövşən Məmişovun doğum günüdür.

Rövşən Məmişov 3 noyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. 34 saylı orta məktəbi bitirib. O, dəfələrlə Respublika Olimpiadalarının iştirakçısı olub.

Rövşən Məmişov 1990-cı ildə Bakı şəhərində həqiqi hərbi xidmətdə olub. 1992-ci ilin avqustunda Ağdamda, Zəngilanda, Fərrux dağında, Murovda və Kəlbəcərdəki döyüşlərdə iştirak edib.

Rövşən Məhərrəm oğlu Məmişov 17 aprel 1994-cü ildə Füzuli bölgəsində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Ən Çox Oxunan