Gəncədə şəhidin xatirəsinə film çəkilib. Bu haqda 11 noyabr tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Söhbət “Zəfər bayrağı” sənədli filmindən gedir. Ekran əsəri 16 nömrəli tam orta məktəbin şəhid müəllimi Rəşad Məmmədovun xatirəsinə həsr olunub. Azərbaycan Televiziyası tərəfindən hazırlanan 23 dəqiqəlik qısametrajlı filmi Mədəniyyət TV təqdim edib.
Burada şəhidimizin həyatından bəhs olunur.
Xatırladaq ki, ötən gün şəhid Rəşad Məmmədovun arzusunun anası tərəfindən gerçəkləşdirilməsi haqda xəbər vermişdik.