Bu gün şəhid İntiqam Məmmədovun doğum günüdür.
İntiqam Ramazan oğlu Məmmədov 22 aprel 1971-ci ildə Gəncədə anadan olub. O, 27 saylı texniki-peşə məktəbində sürücülük peşəsinə yiyələnib. 1988-1991-ci illərdə Naxçıvanda həqiqi hərbi xidmətdə olub. Qayıtdıqdan sonra bir müddət mebel fabrikində işləyib.
1 iyul 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən əsgərliyə çağırılıb və 709 saylı hərbi hissədə xidmət edib. Ağdam, Füzuli, Laçın bölgələrində vuruşub. İntiqam Ramazan oğlu Məmmədov 5 iyul 1993-cü ildə Şelli kəndi uğrunda gedən qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.