16.4 C
Gence
16.4 C
Gence

Şəhid Natiq Əliyevin ilk ildönümüdür

Bu gün şəhid Natiq Əliyevin anım günüdür.

Natiq Yusif oğlu Əliyev 22 may 1989-cu ildə Gəncədə anadan olub. O, 2015-2021-ci illərdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), kiçik çavuş kimi fəaliyyət göstərib. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib.

16 noyabr 2021-ci il tarixində Ermənistan Silahlı Qüvvələri Kəlbəcər və Laçın rayonları ilə sərhəddə genişmiqyaslı təxribat törədib. Həmin gün başlanan hərbi əməliyyatlarda iştirak edən kiçik çavuş Natiq Əliyev Laçın rayonu istiqamətində antiterror əməliyyatını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

17 noyabr tarixində Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ən Çox Oxunan