Bu gün şəhid Mirmuraz Cəfərovun doğum günüdür.
Mirmuraz Mirbaba oğlu Cəfərov 26 may 1997-ci ildə Gəncədə anadan olub. 2003-2011-ci illərdə 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2015-ci ildə hərbi xidmətə yollanıb.
2020-ci ilin sentyabr ayında hərbi təlimlərə çağırılıb. O, Tovuz rayonu istiqamətində, daha sonra isə Füzuli, Qubadlı, Zəngilan rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Mirmuraz Mirbaba oğlu Cəfərov 26 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Növbəti gün Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.