Bu gün şəhid Müşfiq Adıgözəlovun doğum günüdür.
Müşfiq Həsən oğlu Adıgözəlov 1 may 1972-ci ildə Göygöldə anadan olub. 16 saylı texniki-peşə məktəbini bitirib. O, 1992-ci ildə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 708 saylı hərbi hissənin tərkibində vuruşub.
Müşfiq Həsən oğlu Adıgözəlov 28 yanvar 1993-cü il tarixində Fərrux dağında gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Üç gün sonra, 31 yanvarda nəşi Gəncə şəhərinə gətirilərək Şəhidlər xiyabanında dəfn edilib.