Şəhid Əliyev Tunar Qoşqar oğlu 22 may 1999-cu ildə Gəncə şəhərində doğulub. 2016-cı ildə Gəncə şəhəri Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbi bitirən şəhidimiz, 2018-2019-cu illərdə həqiqi hərbi xidmətə çağırılmış, MN-in “N” saylı hərbi hissəsində xidmətdə olmuşdur.
Hərbi xidmət zamanı Əliyev Tunar “Təşəkkürnamə” ilə təltif edilib, ona kiçik çavuş rütbəsi verilib.
Gəncədə fəaliyyət göstərən kafelərin birində adminstrator vəzifəsində çalışan igidimiz Vətən müharibəsi zamanı qəhrəmancasına savaşıb. Əliyev Tunar 5 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində şəhadətə ucalıb.