10.3 C
Gence
0.5 C
Ganja

Şəhid Lətif Məmmədov və Hikmət Məmmədovun mövlududur

Bu gün şəhid Lətif Məmmədov və Hikmət Məmmədovun doğum günüdür.

Lətif Ziyad oğlu Məmmədov 19 noyabr 1986-cı ildə Gəncədə anadan olub. 17 nömrəli orta məktəbi bitirib.

15 aprel 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Şükürbəyli kəndində yerləşən 702 saylı hərbi hissədə xidmət edib.

Lətif Ziyad oğlu Məmmədov 11 noyabr 2005-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz iki gün sonra Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Hikmət Lətif oğlu Məmmədov 19 noyabr 1993-cü ildə Gəncədə anadan olub. 98 nömrəli orta məktəbi bitirib. Gəncə Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisasında təhsil alıb. Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olub.

27 sentyabr 2020-ci il tarixində başlamış Vətən müharibəsində iştirak edib.

2 oktyabrda Goranboy rayonunun Buzluq kəndində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz iki gün sonra Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

O, ölümündən sonra Prezident tərəfindən “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Ən Çox Oxunan