21 C
Gence
21 C
Gence

Şəhid Kərim Məmmədovun mövlududur

Bu gün şəhid Kərim Məmmədovun doğum günüdür.

Kərim Namil oğlu Məmmədov 5 aprel 1989-cu ildə Gəncədə anadan olub. 1995-2007-ci illərdə 27 nömrəli məktəb-liseydə təhsil alıb. 2007-ci ildə o, həqiqi hərbi xidmətə çağırılıb.

2012-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. Burada təhsilini davam etdirib, gizir rütbəsi alıb. 2016-cı ildə tarixə “4 günlük müharibə” kimi düşən Aprel döyüşlərində iştirak edib.

II Qarabağ müharibəsi zamanı da Kərim Vətənin keşiyində durub. Kərim Namil oğlu Məmmədov 2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizin Vətənə əmanət iki övladı qalıb.

Ən Çox Oxunan