16.9 C
Gence
16.9 C
Gence

Şəhid Hacı Rauf adına tədris mərkəzində ödənişsiz sınaq imtahanı keçiriləcək

Şəhid Hacı Rauf adına Təhsil və Gənclik Mərkəzində buraxılış fənləri üzrə ödənişsiz sınaq imtahanı keçiriləcək. Bu haqda Gencexeber.az 15 noyabr tarixində məlumat verir.

Zəfər ayı çərçivəsində baş tutacaq imtahanda istifadə olunacaq test kitabçasının üzərində Gəncə şəhərinin həm hərbi, həm də mülki şəhidlərinin rəsmləri yer alacaq. Əsas məqsəd şəhidlərimizin əziz xatirəsini yad etmək və təhsil sahəsində cəmiyyətə töhfə verməkdir.

Sınaq imtahanı 20 noyabr tarixində təşkil ediləcək. İmtahanda iştirak etmək istəyən 8-9-cu sinif şagirdləri Təhsil və Gənclik Mərkəzinə yaxınlaşaraq bilet ala bilərlər.

Ətraflı məlumat üçün (051) 983-57-57;

Ünvan: Q.Hüseynli, 22 (DNK klinikasının yanı).

 

Ən Çox Oxunan