19.7 C
Gence
19.7 C
Gence

Şəhid Həsrət Əliyevin mövlududur

Bu gün şəhid Həsrət Əliyevin doğum günüdür.

Həsrət Məmməd oğlu Əliyev 7 aprel 1964-cü ildə Gəncədə anadan olub. 44 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 38 saylı texniki-peşə məktəbində sənətə yiyələnib. 1982-1984-cü illərdə Çita vilayətində hərbi xidmətdə olub. Əsgərlikdən sonra Alüminium zavodunda işləyib. 1985-ci ildə isə ailə həyatı qurub.

1992-ci ildən Qarabağ uğrunda döyüşlərə atılan Həsrət Əliyev 1-ci Gəncə taborunda vuruşub. 12 may 1992-ci ildə Marquşevan kəndində ağır yaralanıb. O, öncə Gəncədəki hospitala gətirilib, sonra isə Bakıdakı hərbi hospitala yerləşdirilib.

Həkimlərin dörd aylıq səylərinə baxmayaraq, Həsrət Əliyev 17 sentyabr 1992-ci ildə vəfat edib. Onun Vətənə əmanət iki oğlu qalıb.

Ən Çox Oxunan