Bu gün şəhid Fuad Həsənovun doğum günüdür.
Fuad Ələkbər oğlu Həsənov 8 noyabr 1969-cu ildə Gəncədə anadan olub. 34 saylı orta məktəbi bitirib. O, 1987-1989-cu illərdə Tümen vilayətində həqiqi hərbi xidmətdə olub.
Qayıtdıqdan sonra Billur zavodunda işləyib. 14 mart 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Bir neçə kəndin müdafiəsində iştirak edib. Həmçinin bir sıra hərbi əməliyyatlarda yer alıb.
Fuad Ələkbər oğlu Həsənov 21 mart 1992-ci ildə Daşaltı əməliyyatında şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz Gəncə Şəhidlər xiyabanında dəfn olunub.