17.5 C
Gence
17.5 C
Gence

Şəhid Faiq Mürsəlovun doğum günüdür

Bu gün şəhid Faiq Mürsəlovun mövlud günüdür.

Faiq Mürsəlov 2 aprel 1958-ci ildə Gəncə şəhərində anadan olub. 34 saylı orta məktəbdə təhsil alan igidimiz sonradan 89 saylı texniki-peşə məktəbində oxuyub. 1983-cü ildə ailə həyatı quran Faiq Mürsəlovun İlahə və Kəmalə adlı 2 övladı dünyaya gəlib. Peşəkar sürücülük qabiliyyətinə malik olan Faiq bir müddət Gəncə trolleybus idarəsində sürücü kimi fəaliyyət göstərib.

Cəbhəyə yollanmış Faiq Mürsəlov Gəncə batalyonunun tərkibində Ağdərədə vuruşub. Bölük komandiri olan baş leytenant Mürsəlov yüksək döyüş qabiliyyətinə malik idi. Şücaətinə görə tezliklə mayor rütbəsi verilən Mürsəlov güclü kəşfiyyatçı idi. Dəfələrlə uğurlu əməliyyat planları hazırlamışdı. Drambonun müdafiəsində igidlik göstərib. Faiq İsrail oğlu Mürsəlov 28 avqust 1992-ci ildə Drambon uğrunda gedən qızğın döyüşlərin birində qəhrəmancasına şəhid olub.

Məzarı Gəncə Şəhidlər xiyabanındadır.

Ən Çox Oxunan