16.4 C
Gence
16.4 C
Gence

Şəhid Elmir Rzayev və Fikrət Yusifovun mövlududur

Bu gün şəhid Elmir Rzayev və Fikrət Yusifovun doğum günüdür.

Elmir Elman oğlu Rzayev 25 may 1973-cü ildə Gəncədə anadan olub. Orta təhsilini 4 nömrəli internat məktəbində alıb. 15 noyabr 1991-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Naxçıvanda 777 saylı hərbi hissənin tərkibində xidmət edib.

Elmir daha sonra Beyləqan bölgəsində olub və göstərdiyi hərbi nailiyyətlərinə görə o, 5 noyabr 1993-cü ildə hərbi hissə komandiri tərəfindən Fəxri Fərman və beş günlük məzuniyyət vərəqəsi ilə təltif olunub. Elmir Elman oğlu Rzayev 3 mart 1994-cü ildə Füzuli ətrafında gedən qızğın döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.

Fikrət Şəmsəddin oğlu Yusifov 25 may 1973-cü ildə Gəncədə anadan olub. Orta təhsilini 1 nömrəli tam orta məktəbdə alıb. 7 may 1992-ci ildə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınıb.

Polkovnik Ənvər Arazovun rəhbərlik etdiyi batalyonun tərkibində Çıldıran, Atek, Drambon uğrunda döyüşlərdə iştirak edib. Fikrət Şəmsəddin oğlu Yusifov 23 yanvar 1994-cü ildə Horadiz ətrafında gedən qanlı döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Ən Çox Oxunan