Bu gün şəhid Elməddin Namazovun doğum günüdür.
Elməddin Nəsib oğlu Namazov 7 may 1996-cı ildə Samux rayonunun Qovlarsarı kəndində anadan olub. Əslən Göyçə mahalının Pəmbək kəndindəndir. 2001-ci ildə Gəncə şəhər 4 saylı tam orta məktəbdə təhsil almağa başlayıb, 2012-ci ildə isə həmin təhsil ocağını bitirib.
Elməddin Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. O, iki dəfə yaralanmasına baxmayaraq, cəbhədən geri dönməyib. 26 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 27 oktyabrda Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.
Elməddin Nəsib oğlu Namazov Prezident İlham Əliyevin sərəncamlarına əsasən, aşağıda göstərilən medallarla təltif olunub:
- “Vətən uğrunda” medalı;
- “Döyüşdə fərqlənməyə görə” medalı;
- “Füzulinin azad olunmasına görə” medalı.