Bu gün Elşən İsgəndərovun doğum günüdür.
Elşən Mərkəz oğlu İsgəndərov 6 noyabr 1965-ci ildə Gəncədə anadan olub. 44 nömrəli tam orta məktəbi fərqlənmə diplomu ilə bitirib. Moskvada Lixaçov adına zavodda təcrübə keçib. O, Moskva şəhərindən qayıtdıqdan sonra Cihazqayırma zavodunda işləyib.
Elşən İsgəndərov 1 noyabr 1993-cü ildə könüllü olaraq cəbhəyə yollanıb. Ağdərə, Kəlbəcər, Laçın və Ağdam bölgələrində döyüşüb. Döyüşlərin birində yanında mərmi partlaması nəticəsində yaralanıb. Müalicə aldıqdan sonra yenidən “Kəpəz” könüllülər batalyonuna yazılıb. Ağdam rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib.
Elşən Mərkəz oğlu İsgəndərov 3 yanvar 1994-cü ildə şəhidlik zirvəsinə yüksəlib.
Şəhidimiz 8 yanvar 1994-cü ildə Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.